Haci Faig Nabiev

Directions

Haci Faig Nabiev Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi

BGMİ-də kitab təqdimatı2 oktyabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin mərkəzi ofisində şərqşünas və islamşü...
04/10/2026

BGMİ-də kitab təqdimatı

2 oktyabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin mərkəzi ofisində şərqşünas və islamşünas alim Nani Qelovaninin “Tbilisinin İslam İcması (1801-1917)” və “Gürcüstanda İslam və Müsəlmanlar (1918-1991): Tarixi və Regional Kontekst” adlı kitablarının təqdimatı keçirilib.

Şeyx Hacı Faiq Nəbiyev, müftilər Adəm Şantadze, Etibar Eminov mühüm tarixi materialların araşdırılıb tapılması və kitab halında çap olunmasına görə Nani Qelovaniyə təşəkkürlərini bildiriblər.

Tədbirdə Qafqaz Beynəlxalq Universitetinin professoru Giorgi Pareşişvili, həmçinin Tbilisi və regionlarda fəaliyyət göstərən məscidlərin din xadimləri iştirak ediblər.

BGMİ Şeyxi “Dmanisoba 2026” xalq bayramı tədbirində iştirak edibDmanisidə yerli hakimiyyət nümayəndələrinin, millət vəki...
28/09/2026

BGMİ Şeyxi “Dmanisoba 2026” xalq bayramı tədbirində iştirak edib

Dmanisidə yerli hakimiyyət nümayəndələrinin, millət vəkillərinin və dini icma rəhbərlərinin iştirakı ilə “Dmanisoba 2026” xalq bayramı keçirilib.

Mer tərəfindən dəvət olunan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev və İdarənin Şərqi Gürcüstan müftisi Etibar Eminov də tədbirdə iştirak edərək rayon sakinlərini və qonaqları bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Azadlıq xiyabanı və Müqəddəs Nino küçəsində təşkil edilən bayram məkanlarında etno-qastronomiya guşələri, yerli sahibkarların məhsulları nümayiş olunub. Həmçinin mədəniyyət proqramları, gürcü güləşi, qol güləşi, şahmat və çəki daşı qaldırma üzrə idman yarışları təşkil edilib, fəxri dmanisililər və xidməti olan vətəndaşlar mükafatlandırılıb.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev Türk...
15/09/2026

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə BGMİ Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adəm Şantadze də iştirak ediblər.

BGMİ Şeyxi Azərbaycana səfər edibBütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, müftilər Etibar Eminov...
14/09/2026

BGMİ Şeyxi Azərbaycana səfər edib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, müftilər Etibar Eminov və Adam Şantadze QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvətilə Azərbaycana səfər ediblər.

Gürcüstanın din xadimləri Bakıda və Qarabağda keçirilən tədbirlərə qatılacaqlar.

Gürcüstanda Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam  Cəfər Sadiqin (ə) mövludu münasibətilə tədbir keçirilibGürcüstanın Ma...
30/08/2026

Gürcüstanda Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövludu münasibətilə tədbir keçirilib

Gürcüstanın Marneuli şəhərində İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu, eyni zamanda "Vəhdət həftəsi" münasibətilə təntənəli mərasim təşkil olunub.

Tədbirin aparıcısı Hacı Çingiz Əliyev qonaqları salamlayıb

Bayram mərasiminin açılışı Hacı Rahid Kərimovun Qurani Kərimdən tilavət etdiyi ayələrlə başlayıb.

Mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan Müftisinin nümayəndəsi Bəxtiyar Tanrıverdiyev və Azərbaycandan dəvət olunmuş ilahiyyatçı Hacı Sahib Məmmədov cıxış ediblər.

Natiqlər öz çıxışlarında Həzrət Peyğəmbərin (s) həyatı, İmam Sadiq haqqında, həmçinin İslam aləmində vəhdətin önəmi və mənəvi dəyərlər barədə fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində İslam Peyğəmbərinə (s) həsr olunmuş sənədli film nümayiş etdirilib. Programın sonunda iştirakçılara ehsan süfrəsi açılıb.

Tədbir Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Gürcüstan nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədirGürcüstan Respublikasının Dini Məsələlər üzrə Dövl...
28/08/2026

Gürcüstan nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir

Gürcüstan Respublikasının Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Bu barədə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yaymışdır.
Məlumatda bildirilir ki, geniş tərkibli nümayəndə heyətinə Dövlət Agentliyinin Hüquqi Təminat Xidmətinin rəhbəri Vladimer Maçaraşvili, Ümumgürcüstan Katolikos-Patriarxının xorep*skopu, Axaltsixe və Tao-Klarceti mitropoliti Teodore (Çuadze), Patriarxlığın məsul nümayəndələri, eləcə də Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov və qurumun katibi Oktay İsayev daxildirlər. Həmçinin nümayəndə heyətinin tərkibində Gürcüstan Parlamentinin vitse-spikeri Sozar Subari, İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi sədrinin müavini Zurab Kadagidze, “Xalqın Gücü” parlament fraksiyası sədrinin müavini Guram Maçaraşvili və Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani yer almışlar.
Səfər proqramı çərçivəsində Bakı şəhərində, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində rəsmi görüş keçirilmişdir. Qonaqları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Komitənin digər rəsmi şəxsləri qəbul etmişlər. Müzakirələrdə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri də iştirak etmişlər.

Görüşdə tərəflər iki strateji tərəfdaş və dost ölkə arasında tarixi köklərə söykənən ənənəvi qardaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirmişlər.

Müzakirələr zamanı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında olan institusional əlaqələrin böyük əhəmiyyət daşıdığı vurğulanmış, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi və heyətlərarası səfərlərin intensivləşdirilməsi yönündə yekdil iradə ifadə olunmuşdur.

Aze / GeoBütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov və Gürcü...
08/08/2026

Aze / Geo

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov və Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşları Muxatqverdi "Qardaşlar" fəxri xiyabanını ziyarət ediblər.

Din rəhbərləri və Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşları 2008-ci ilin avqust döyüşlərində həlak olan qəhrəman əsgərlərin memorialı qarşısına əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər.

BGMİ adından müharibədə həlak olanların ailələrinə bir daha başsağlığı verir və səbir diləyirik.

Uca Allahdan vətənimiz Gürcüstana əmin-amanlıq, birlik və güc diləyirik.
Amin!

სრულიად საქართველოს მუსლიმთა სამმართველოს მუფთი, შეიხი და მუსლიმთა სამმართველოს წარმომადგენლები მუხათგვერდის ძმათა სასაფლაოზე იმყოფებოდნენ.

სასულიერო ლიდერებმა და მუსლიმთა სამმართველოს წარმომადგენლებმა 2008 წლის აგვისტოს ომში დაღუპულ გმირთმა მემორიალი ყვავილებით შეამკეს და პატივი მიაგეს მათ ხსოვნას.

ომში დაღუპულთა ოჯახებს კიდევ ერთხელ ვუსამძიმრებთ, გამძლეობას და მოთმინებას ვუსურვებთ.

უზენაეს ალლაჰს შევთხოვთ დალოცოს, გააერთიანოს და გააძლიეროს ჩვენი სამშობლო საქართველო. აამინ!

Tbilisi Cümə Məscidində Ərbəin mərasimi keçirilibMərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) din xadimləri,...
04/08/2026

Tbilisi Cümə Məscidində Ərbəin mərasimi keçirilib

Mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) din xadimləri, ruhanilər və yerli müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Hacı Vidadi Qurbanov Quran-ı Kərimdən ayələr tilavət edib, ardından Seyyid Vüqar Fətiyev məclisi açıq elan edib.

Tədbirdə ilk olaraq çıxış edən BGMİ Şeyxi Hacı Faiq Nəbiyev Ərbəin gününün dərin mənəvi mahiyyətindən və İslam aləmindəki vəhdət rolundan söhbət açıb. O, Həzrət İmam Hüseynin (ə) haqq-ədalət uğrunda mübarizəsinin bəşəriyyət üçün böyük ləyaqət dərsi olduğunu vurğulayaraq, Ərbəinin müsəlmanlar arasında vəhdəti, zülmə qarşı mənəvi duruşu və haqq yolunda həmrəyliyi təcəssüm etdirdiyini bildirib.

Daha sonra İmam Hüseyn məscidinin axundu Hacı Əziz Nəbiyev diqqəti Ərbəinin mənəvi və əxlaqi təsirlərinə yönəldib. O, Kərbəla məktəbinin insan ruhunu saflaşdıran, əxlaqi yetkinliyə ucaldan və fədakarlıq hissini yaşadan tükənməz bir mənşə olduğunu vurğulayıb.

Şərqi Gürcüstan müftisi Etibar Eminov isə öz nitqində cəmiyyətdə birlik və qardaşlıq mühitinin vacibliyini qeyd edib. Müfti İmam Hüseynin (ə) bütün müsəlmanlar üçün ortaq dəyər olduğunu bildirərək, bu cür mənəvi günlərin müsəlman icmasını bir araya gətirdiyini, aralarındakı birliyi və sülh mühitini daha da möhkəmləndirdiyini diqqətə çatdırıb.

Mərasim boyunca Seyyid Əli Nəqiyev, Sirxan Xıdırov, Nicat Musayev və Veysəl Paşayev tərəfindən mərsiyələr oxunub.

Məclis oxunan dualar və mənəvi birlik diləkləri ilə başa çatıb, ardından tədbir iştirakçılarına ehsan süfrəsi verilib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev az.shafaqna.com-un Ərbəin gününün mahiyyəti, bu müqəddəs...
03/08/2026

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev az.shafaqna.com-un Ərbəin gününün mahiyyəti, bu müqəddəs ziyarətin mənası və məsafələrdən asılı olmayaraq bu ruhu necə yaşatmaq barədə suallarını cavablandırıb.

– Hacı, xoş gördük sizi. Ərbəin günü nədir?

– Xoş gördük. Bismillahir-Rəhmanir-Rəhim.

Lüğəti mənada “Ərbəin” ərəb dilində “qırx” deməkdir. Terminoloji olaraq isə Həzrət İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin Aşura günü Kərbəlada şəhid olmasından qırx gün sonra, yəni Səfər ayının 20-nə təsadüf edən mənəvi gündür.

Ərbəin ziyarətinin əsasını qoyan ilk şəxs Peyğəmbərimizin (s) görkəmli səhabəsi Cabir ibn Abdullah Ənsari olmuşdur. O, Aşura faciəsindən sonra Kərbəlaya çatan, İmam Hüseynin (ə) müqəddəs qəbrini ziyarət edən ilk zəvvarıdır. Eyni zamanda, bəzi tarixi mənbələrə görə, Əhli-beyt əsirləri də Şamdan qayıdarkən məhz bu gün Kərbəlaya çataraq şəhidlərin məzarını ziyarət etmişlər.

– Bəs insanlar Ərbəin ziyarətinə niyə gedirlər? Bu yürüşün və ziyarətin hikməti nədir?

– Ərbəin ziyarətinə getməyin əsasında, ilk növbədə, Quranın da əmr etdiyi Əhlibeytə məvəddət — yəni dərin sevgi, ehtiram və böyüyə itaət edərək sevmək mənasını verən bir ziyarətdir. Bu, İmamət məktəbinə, haqq və ədalət yoluna sadiqlik nümayişidir.

Bu ziyarətin həm də çox böyük sosial və mənəvi mənası var. Milyonlarla insanın eyni məqsədlə, heç bir milli, irqi və ya sosial fərq qoymadan yan-yana addımlaması İslam ümmətinin birliyini, həmrəyliyini göstərir. Ziyarətçilər bu yürüşdə fədakarlığı, paylaşmağı və səbri tətbiq edirlər.

Bundan əlavə, Ərbəin yürüşü İmam Mehdi (ə.f) zamanındakı ədalət cəmiyyətinin və Zühurun bir mənəvi hazırlığıdır. İnsanlar burada bir-birinə qarşı təmənnasız xidmət göstərir, sülh və əmin-amanlıq mühiti yaradırlar.

– Hacı, müxtəlif səbəblərdən Ərbəin günü Kərbəlaya gedə bilməyənlər öz ölkələrində, evlərində nə etməlidirlər?

– Kərbəlaya gedə bilməmək İmam Hüseyn (ə) sevgisindən məhrum olmaq demək deyildir. Niyyət hər bir ibadətin özəyidir. Gedə bilməyən möminlər Ərbəin gününü öz ölkələrində, məscidlərdə, məhlələrində ehsan verərək mənəviyyatla qeyd edə bilərlər.

Ərbəin günündə uzaqdan da olsa “Ərbəin ziyarətnaməsi”ni oxumaq, İmam Hüseyn (ə) məclislərində iştirak etmək çox savabdır. İlk növbədə İmam Hüseynə (ə) matəmin tarixini, önəmini və əslini öyrənmək lazımdır. Həmçinin bilməliyik ki, İmam Hüseyn (ə) yolunu yaşatmaq təkcə göz yaşı tökməklə bitmir. Bu ruhu əməllərimizdə göstərməliyik:

Birlik və barışıq: Küsülülər barışmalı, aradakı soyuqluqlar aradan qaldırılmalıdır.

Böyüklərə ehtiram: Valideynlərə, ailə böyüklərinə baş çəkmək, onların xeyir-duasını almaq İmam Hüseynin (ə) bəşəriyyətə öyrətdiyi əxlaqın tərkib hissəsidir.

Ehtiyac sahiblərinə əl tutmaq: Kərbəla yolunda göstərilən səxavəti öz cəmiyyətimizdə də davam etdirməli, imkansızlara kömək etməliyik.

Unutmayaq ki, hər bir ibadətin və itaətin qəbul olunmasının əsas şərti təqvadır — yəni haramlardan çəkinmək, nəfsi tərbiyə etməkdir. Əgər bir şəxs çox arzu edir və Kərbəlaya gedə bilmirsə, lakin öz cəmiyyətində təqvalı yaşayır, insanlara fayda verir və Əhli-beyt əxlaqını nümayiş etdirirsə, o da Ərbəin zəvvarlarının savabına şərik ola bilər.

– Dəyərli müsahibəyə və xatırlatmalara görə çox sağ olun.

– Siz də sağ olun, Allah ziyarət və ibadətlərinizi qəbul eləsin.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyevin Gürcüstanda ali təhsil müəssisələrinə qəbul olan tələb...
31/07/2026

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyevin Gürcüstanda ali təhsil müəssisələrinə qəbul olan tələbələrə təbrik və tövsiyəsi

Əziz gənclər, dəyərli tələbələr!

Böyük zəhmətin, əzmin və fədakarlığın bəhrəsi olaraq Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunmağınız və bu şərəfli "tələbə" adını qazanmağınız münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Bu uğur yalnız sizin deyil, sizi böyüdən ailələrinizin və sizə dərs deyən müəllimlərinizin ortaq zəfəridir.

Elm və təhsil insanı cəhalətdən qurtaran, cəmiyyəti işıqlı gələcəyə daşıyan ən ali dəyərdir. Unutmayın ki, dövlətimizin suverenliyinin qorunması, müstəqilliyimizin möhkəmlənməsi və ölkəmizin tərəqqisi, rifahı məhz siz gənc nəslin elmli, savadlı və çalışqan olmasından asılıdır. Güclü dövlət elmin işığında yüksələn mütəxəssislərin və vətənpərvər gənclərin çiyinlərində bərqərar olur. Bu səbəbdən, qarşınıza qoyduğunuz əsas qayə vətənə faydalı olmaq, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək olmalıdır.

Bu zəfər yolunda əməyi keçən heç bir fədakar insanı unutmamalıyıq. Məktəb illərindən başlayaraq imtahan zallarına qədər sizə yol göstərən, gecə-gündüz bilik və bacarığını əsirgəməyən müəllimlərinizin əziyyəti əvəzolunmazdır. İllər keçsə də, hansı məqama çatsanız da, sizə elm öyrədən müəllimlərinizə qarşı hər zaman dərin hörmət, ehtiram və sədaqət nümayiş etdirmək mənəvi borcunuzdur.

Eyni zamanda, sizin bu günlərə çatmanız üçün min bir əziyyətə qatlaşan, hər addımınızda dəstək olan, dualarını sizdən əsirgəməyən valideynlərinizin və ailə üzvlərinizin haqqını heç vaxt ödəyə bilmərik. Onların çəkdiyi zəhmətə verə biləcəyiniz ən böyük hədiyyə — doğruluğunuz, dürüstlüyünüz və qazanacağınız böyük nailiyyətlər olacaqdır. Valideynlərinizə qarşı daim minnətdar olun və onların etimadını doğrultmağa çalışın.

Mənəvi dəyərlər və elm bir-birindən ayrılmaz iki mühüm sütundur. Mənəviyyatdan məhrum olan elm faydasız, elmdən uzaq olan mənəviyyat isə yarımçıqdır. Siz gənclər bu iki dəyəri öz şəxsiyyətinizdə birləşdirərək addımlamalısınız. Ali təhsil aldığınız illərdə yalnız akademik biliklərə yiyələnməklə kifayətlənməməli, eyni zamanda əxlaqınız, davranışınız və intizamınızla hər kəsə nümunə olmalısınız. Dərslərinizə məsuliyyətlə yanaşın, gələcəyiniz üçün uzaqgörən hədəflər müəyyənləşdirin və bu hədəflərə çatmazdan əvvəl yolunuzdan dönməyin.

Gələcəyinizi qorumaq üçün hər cür p*s vərdişlərdən, zərərli mühitlərdən uzaq durmağınızı tövsiyə edirəm. Ruhunuzu dini dəyərlərinizlə, ibadətlərinizlə pak saxlayın, bədəninizi isə idmanla möhkəmləndirin. "Sağlam bədəndə sağlam ruh olar" prinsipinə sadiq qalaraq, həm fiziki, həm də mənəvi baxımdan özünüzü qoruyun, cəmiyyətə sağlam fərdlər kimi fayda verin.

Bir daha hər birinizi bu əlamətdar addım münasibətilə təbrik edir, tələbəlik illərinizdə, elm yolunuzda və gələcək fəaliyyətinizdə tükənməz uğurlar, zehin açıqlığı və müvəffəqiyyətlər arzulayıram. Yolunuz hər zaman açıq, gələcəyiniz aydın olsun!

Address

Tbilisi

Website

Alerts

Be the first to know and let us send you an email when Haci Faig Nabiev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share