Gürcüstan Müsəlmanları Gənclər Birliyi GMGB

Gürcüstan Müsəlmanları Gənclər Birliyi GMGB GMGB

18/02/2024

Allahın adı ilə.

17 fevral tarixində Qardabani munisipalitetinin Norio kəndində yerləşən uşaqlar evini ziyarət etdik.

Maddi dəstəyi keçən əzizlərə təşəkkür edirik.
Allah ruzinizi bol eləsin.

Kimlər infaq etmək istəyir, buyursun!
24/01/2024

Kimlər infaq etmək istəyir, buyursun!

ELAN❗️
20/01/2024

ELAN❗️

17/11/2023

İrqindən, dinindən və milliyətindən asılı olmayaraq, israil adlı qondarma və terror rejimini dəstəkləyən hər bir kəsin əlləri bu məsum və körpə uşaqların qanına boyanmışdır!

Bugün, 13 avqust tarixində Gürcüstan Müsəlmanları Gənclər Birliyi təşkilatının üzvləri və bir sıra gənc möminlər, tanınm...
13/08/2023

Bugün, 13 avqust tarixində Gürcüstan Müsəlmanları Gənclər Birliyi təşkilatının üzvləri və bir sıra gənc möminlər, tanınmış və mücahid Əhli Beyt məddahı, Hacı Mehdi Rəsuli ilə görüşdə iştirak etdilər. Hacının çox təsirli xütbəsi ilə gənclərdə yeni ruhiyyə yaranması müşahidə olundu. Ümid edirik, son görüşümüz olmaz.

Hacıya bir daha xoş gəldin deyirik!❤️

DİQQƏT❗️
13/07/2023

DİQQƏT❗️

17/06/2023
14 iyun tarixində Marneuli şəhərində, möminlərin təşkilatçılığı ilə növbəti "VƏHDƏT" günü qeyd olundu. Vəhdətin ciddiliy...
14/06/2023

14 iyun tarixində Marneuli şəhərində, möminlərin təşkilatçılığı ilə növbəti "VƏHDƏT" günü qeyd olundu.

Vəhdətin ciddiliyi və zərurəti haqqında böyük İslam alimlərindən biri belə buyurmuşdur:
"Əgər biz vəhdəti-kəlmə və hər şeyin toplandığı islamiyyəti hifz edə bilsək sona qədər qalibik. Əgər Allah eləməmiş, bilmədən səhv addım atılsa və ya biz süstləşsək, qalib gəldiyimizdən arxayınlaşıb fəallığı dayandırsaq p*s bir sonluğa çatacağımızdan qorxuram. Möhkəm dayansaq, milli qüdrət olan qüdrəti hifz etsək, vəhdəti-kəlməni qorusaq qalib gələcəyik."

Elanı paylaşaraq dəstək ola bilərsiz. Hərkəs dəvətlidir!
13/06/2023

Elanı paylaşaraq dəstək ola bilərsiz.

Hərkəs dəvətlidir!

Allahın adı ilə. Neçə gündür ard-arda İŞİD terror qruplaşması üzvlərinin Gürcüstan ərazisində həbs edilmə xəbərləri sevi...
17/05/2023

Allahın adı ilə.

Neçə gündür ard-arda İŞİD terror qruplaşması üzvlərinin Gürcüstan ərazisində həbs edilmə xəbərləri sevindirici və eyni zamanda üzücü oldu. Əgər prosesləri dəyərləndirib, şərh verməli olsaq, deyərdik ki, bu həm dövlətimiz və həmdə xalqımız üçün həyacan siqnalıdır. Vəhhabi terror cərəyanının ölkəmizdə sürətlə yayılmasını gənclərimiz, ailələrimiz və gələcək nəslimiz üçün böyük təhlükə hesab edirik. Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu məsələni nəhayət ciddiyə almağa başlayıb, daxildən və xaricdən olan təsirlərin qarşısını almağa çalışacaq. Əks təqdirdə sözü gedən cərəyandan zərbələr almaq gələcəkdə qaçınılmaz olacaq deyə düşünürük.

Xatırlatmaq yerinə düşərdi ki, bu batil təriqətin ardıcılları Gürcüstan və Azərbaycanımızda saf və pak gənclərin arxasındadırlar. Dövlətimizin ərazisini buna misal vurmaq istəsək, Borçalı ətrafında yerləşən kəndləri göstərə bilərik. Xarici qüvvələrin maddi və mənəvi dəstəyi nəticəsində gəncləri öz batil və radikal inanclarına tərəf çəkməyə müvəffəq olmaqdadırlar. Əgər millətimiz ayıq olmasa, gənclərimiz bu təriqətin zahiri görkəminə aldanıb öz saf imanlarını bunlara qurban versələr, sabah çox böyük təhlükə ilə üz-üzə qalacağımız qaçınılmaz olacaq. Yarandığı tarixdən bu yana Müsəlmanları kafir və müşrik gözündə görən sələfi təriqətini təhlükə hesab edirik, onlar üçün ciddi addımlar atılmasını tələb edirik!

Hörmətlə: Gürcüstan Müsəlmanları Gənclər Birliyi.(GMGB)

Address

Marneuli

Telephone

+995593499170

Website

Alerts

Be the first to know and let us send you an email when Gürcüstan Müsəlmanları Gənclər Birliyi GMGB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share