Qızılhacılı İmam Həsən ə məscidi

Qızılhacılı İmam Həsən ə məscidi Qızılhacılı İmam Həsən (ə) məscidinin rəsmi səhifəsi

23/05/2026

Elan:

Əziz dostlar məntəqəmizdə itirilmiş bir miqdar məbləğ tapılıb. Sahibi hər kimdirsə əlaqə saxlasın bu səhifədən.

29/04/2026

29.04.2026

İmam Rza (ə)- ın mübarək mövludundan

YARDIM ÇAĞIRIŞIBalaca Əli Musayev ağır ağciyər xəstəliyindən əziyyət çəkir. Həkimlərin rəyinə görə, onun həyatda qalması...
02/04/2026

YARDIM ÇAĞIRIŞI

Balaca Əli Musayev ağır ağciyər xəstəliyindən əziyyət çəkir. Həkimlərin rəyinə görə, onun həyatda qalması üçün təcili əməliyyat olunması vacibdir.

Bu əməliyyat yalnız Türkiyədə mümkündür və təəssüf ki, Gürcüstanda bu müalicə yoxdur.

Uşağın ailəsindən verilən məlumata əsasən əməliyyat üçün tələb olunan məbləğ: 70.000 ABŞ dollarıdır.
Ailənin bu qədər vəsaiti qarşılamaq imkanı yoxdur.

Kiçik bir dəstək belə Əlinin həyatını xilas edə bilər.

Sizdən xahiş olunur, imkan daxilində yardım edin və bu elanı paylaşaraq daha çox insana çatdırın.

💳 Yardım üçün bank hesabları:

• TBC Bank: GE13TB7043845064300138

• Bank of Georgia: GE42BG0000000594220599

Uşağın atası: ELNUR MUSAEV

📌 Unutmayaq:
Bir uşağın həyatı bizim mərhəmətimizdən asılı ola bilər...
Allah etdiyiniz hər bir yaxşılığı qəbul etsin .

01/04/2026

يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

“Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar, amma yalnız özlərini aldatmış olurlar və bunun fərqində deyillər.”

Bəqərə 9

Qızılhacılı məscidinin nümayəndələri də II İlia’nın məzarını ziyarət etdi23.03.2026Gürcüstan Pravoslav Kilsəsinin katoli...
24/03/2026

Qızılhacılı məscidinin nümayəndələri də II İlia’nın məzarını ziyarət etdi
23.03.2026

Gürcüstan Pravoslav Kilsəsinin katolikos-patriarxı II İlia (İrakli Quduşauri-Şiolaşvili) vəfatı münasibətilə ölkə daxilində dərin hüzn yaşanır.

Bu münasibətlə Qızılhacılı İmam Həsən (ə) məscidinin dini rəhbərliyi və nümayəndələri mərhum patriarxın xatirəsini yad etmək üçün Sioni Katedrali ziyarət ediblər.

Ziyarət zamanı məscid nümayəndələri tərəfindən mərhumun məzarı üzərinə gül ləçəkləri düzülüb, onun xatirəsinə ehtiram ifadə olunub və dualar edilib.

Qızılhacılı məscidi olaraq, Gürcüstan Pravoslav Kilsəsi rəhbərliyinə, mərhumun yaxınlarına və bütün xristian icmasına dərin hüznlə başsağlığı verilir, Uca Allahdan səbir və dözüm dilənilir.

Bu addım ölkəmizdə müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət, birlik və mənəvi həmrəyliyin bariz nümunəsi kimi qiymətləndirilir.

ყიზილჰაჯილის მეჩეთის წარმომადგენლებმა ილია II-ის საფლავი მოინახულეს
23.03.2026

საქართველოს მართლმადიდებელი ეკლესიის კათოლიკოს-პატრიარქის II İlia (ირაკლი ღუდუშაური-შიოლაშვილი) გარდაცვალების გამო ქვეყანაში ღრმა მწუხარება სუფევს.

ამასთან დაკავშირებით, ყიზილჰაჯილის იმამ ჰასანის (ა) სახელობის მეჩეთის სასულიერო პირებმა და წარმომადგენლებმა პატრიარქის ხსოვნის პატივსაცემად მოინახულეს Sioni Katedrali.
ვიზიტის დროს მეჩეთის წარმომადგენლებმა გარდაცვლილის საფლავზე ყვავილების ფურცლები დააწყვეს, პატივი მიაგეს მის ხსოვნას და ლოცვები აღავლინეს.

ყიზილჰაჯილის მეჩეთის სახელით, კიდევ ერთხელ გამოვთქვამთ ღრმა სამძიმარს საქართველოს მართლმადიდებელი ეკლესიის ხელმძღვანელობას, გარდაცვლილის ოჯახს, ახლობლებსა და მთელ ქრისტიანულ საზოგადოებას, და ვუსურვებთ მათ მოთმინებასა და სიმტკიცეს.

ეს ნაბიჯი წარმოადგენს ჩვენს ქვეყანაში სხვადასხვა რელიგიურ საზოგადოებებს შორის ურთიერთპატივისცემის, ერთიანობისა და სულიერი თანადგომის ნათელ მაგალითს.

Qızılhacılı İmam Həsən (ə) məscidində Fitr bayramı münasibətilə bayram namazı böyük mənəvi coşqu və izdihamla qılındı.Ba...
21/03/2026

Qızılhacılı İmam Həsən (ə) məscidində Fitr bayramı münasibətilə bayram namazı böyük mənəvi coşqu və izdihamla qılındı.

Bayram namazı məscidin axundu Kərbəlayi Fuad İsayevin imamlığı ilə əda olundu.

Axund çıxış edərək bütün müsəlmanları səmimi-qəlbdən təbrik etdi, Ramazan orucu məktəbində qazanılan mənəvi dəyərlərə toxundu və bayramın ilahi fəlsəfəsini qısa və təsirli şəkildə bəyan etdi.

Daha sonra ilahiyyatçı Qurban Murquzov bayram xütbəsi ilə çıxış edərək Fitr bayramının mahiyyəti, ictimai və mənəvi əhəmiyyəti haqqında geniş və maarifləndirici söhbət apardı, möminləri birlik, qardaşlıq və yardımlaşma ruhunu qorumağa dəvət etdi.

Namaz və xütbədən sonra möminlər bir-biri ilə müsafihə edərək bayramlaşdılar, səmimi ünsiyyət şəraitində çay və şirniyyat süfrəsi arxasında bir araya gəldilər.

Uca Allahdan diləyimiz budur ki, bütün ibadətlərinizi qəbul etsin, hər birinizə sağlamlıq, bərəkət və mənəvi ucalıq nəsib etsin. 🌙🤲

19/03/2026
19/03/2026

Əziz Qızılhacılı sakinləri, mömin qardaş və bacılar!

20.03.2026 tarixində axşam azanından etibarən fitrə zəkatlarını çıxarmaq istəyənlər onları məscidə təqdim edə bilərlər.

Həmin gecə toplanan fitrə zəkatları gecikdirilmədən ehtiyac sahiblərinə çatdırılacaqdır.

Qeyd edək ki, axşam saatlarında təqdim edə bilməyənlər fitrə zəkatlarını ertəsi gün bayram namazına qədər məscidə gətirə bilərlər.

Bununla belə, fitrənin axşamdan verilməsi daha fəzilətli və tövsiyə olunandır.

Diqqət!
Bu il fitrə zəkatının məbləği adam başı minimum 7–10 lari, orta hədd 15–18 lari olaraq müəyyən edilir. İmkanlı şəxslər isə bu məbləğdən daha artıq çıxara bilərlər.

Diqqət!
Mümkün olduğu qədər xırda qəpiklərlə fitrə verilməməsi tövsiyə olunur.

Çünki şəri baxımdan fitrə məbləğinin sonradan dəyişdirilməsi və ya bütövlənməsi icazəli deyil.

Bu qayda, ehtiyac sahiblərinin izzət və ləyaqətinin qorunması məqsədi daşıyır.

Allah-Taala etdiyiniz ibadətləri qəbul etsin! 🤲

19/03/2026

Salamun aleykum.

Sabah (cümə günü) Ramazan ayının 30 udur.

21.03.2026 Fitr bayramıdır.

Allah qəbul etsin.

Gürcüstan Pravoslav Kilsəsinin katolikos-patriarxı II İlya (İrakli Quduşauri-Şiolaşvili) vəfatı münasibətilə dərin hüznl...
17/03/2026

Gürcüstan Pravoslav Kilsəsinin katolikos-patriarxı II İlya (İrakli Quduşauri-Şiolaşvili) vəfatı münasibətilə dərin hüznlə başsağlığı veririk.

Qızılhacılı İmam Həsən (ə) məscidi olaraq bu ağır itki ilə əlaqədar Gürcüstan Pravoslav Kilsəsi rəhbərliyinə, mərhumun ailəsinə, yaxınlarına və bütün xristian icmasına səmimi hüznlə başsağlığı bildirir, Uca Allahdan səbir və dözüm diləyirik.

საქართველოს მართლმადიდებელი ეკლესიის კათოლიკოს-პატრიარქის, ილია II (ირაკლი ღუდუშაური-შიოლაშვილი) გარდაცვალების გამო გამოვთქვამთ ღრმა მწუხარებას და სამძიმარს.

ყიზილჰაჯილის იმამ ჰასანის (ა) სახელობის მეჩეთის სახელით, ამ მძიმე დანაკარგთან დაკავშირებით, სამძიმარს ვუცხადებთ საქართველოს მართლმადიდებელი ეკლესია ხელმძღვანელობას, გარდაცვლილის ოჯახს, ახლობლებსა და მთელ ქრისტიანულ საზოგადოებას. ვუსურვებთ მათ მოთმინებასა და სიმტკიცეს.

Address

Qızılhacılı İmam Həsən ə Məscidi
Marneuli

Website

Alerts

Be the first to know and let us send you an email when Qızılhacılı İmam Həsən ə məscidi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share