Gürcüstan Əhlibeytsevərlər Forumu

Gürcüstan Əhlibeytsevərlər Forumu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gürcüstan Əhlibeytsevərlər Forumu, Religious organisation, Gürcüstan, Kurzu.

06/08/2019
09/02/2019
15/05/2018

İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Həzrəti Muhəmməd Peyğəmbər (s):

- "Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan - bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Bu ayda hər cür günahdan çəkinin, Quran oxumağı çoxaldın, Allahdan öz ehtiyaclarınızı istəyin, Rəbbinizi tez-tez xatırlayın. Ramazan ayında oruc tutmadığınız günlərdəki vəziyyətdə olmayın (yəni daha yüksək mənəvi səviyyədə olmağa çalışın)".

- Həzrəti Muhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: "Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər". Cabir dedi: "Sənə fəda olum, bu nə yaxşı hədisdir!". Peyğəmbər ona belə cavab verdi: "Amma bu savaba yetməyin şərtləri də necə çətindir!".

- Bir gün Muhəmməd Peyğəmbər (s) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər xanımına tapşırdı ki, yemək yesin. Qadın təəccüblə soruşdu: "Orucluq zamanı nə yemək?". Peyğəmbər buyurdu: "Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil".

- Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: "Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?". Peyğəmbər cavab verir: "Allahın qadağan etdiyi işlərdən çəkinmək".

- "Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur".

- "Oruc - cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir".

- "Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin".

- "Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər".

- "Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda".

- "Allah-təala buyurub: "Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm".

- "Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür".

- "Oruc tutun ki, sağlam olasınız".

- "Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun".

- "Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar".

- Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi.

- Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi.

- Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.

İmam Əli (ə):

- "Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua sizdən bəlanı uzaqlaşdırar, istiğfar isə günahlarınızı məhv edər".

- "Sizə Ramazan ayında oruc tutmağı tövsiyə edirəm, çünki bu ayın orucu günahların qarşısını kəsən möhkəm divardır".

- "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür".

- İmam Əli (ə) Ramazan ayında hər axşam ehsan süfrəsi açıb camaata iftar verərdi. Süfrə yığışdırılandan sonra camaata nəsihət verib xütbə söyləyərdi.

- İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.

Fatimeyi-Zəhra (ə):

- "Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun".

- "Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!"

İmam Həsən (ə):

- "Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu".

İmam Zeynulabidin (ə):

- Ramazan ayında böyük qazanlarda ət xörəyi bişirtdirib iftar süfrəsi açardı. Hətta xörəklərin yaxşı bişməsini də özü yoxlayıb arxayın olardı. Amma iftar vaxtı özü o xörəkdən yeməzdi, sadə və zahidyanə yeməklə kifayətlənərdi.

İmam Cəfər Sadiq (ə):

- "Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar".

26/04/2018
24/04/2018

Qafqazda İslam tarixinin qısa xronikası

İslam Gürcüstana daxil olandan bu günə kimi müxtəlif mərhələlərdən keçib. Bunun səbəbi müsəlmanlar arasında müxtəlif regional mədəniyyətlərin güclənməsidir. Buna görə də Gürcüstanda İslam tarixinin müxtəlif dövrlərini aşağıdakı mərhələlərə bölmək olar.

Gürcüstanda İslami dövrlər
Ərəb dövrü Yarandığı ilk gündən – hicrətin I əsrindən V əsrə kimi (miladi təqvimi ilə VII əsrdən XI əsrə)
Türk Osmanlıların hakim olduğu dövr – h.q ilə IX, miladi XVI əsr
İran Səfəvilərin və onlardan sonra İran sülalə hakimlərinin olduğu dövr – h.q X–XII, miladi XVII–XVIII əsrlər

Biz bu kitabda yalnız İslamın Gürcüstana daxil olmasının ilk dövründən söhbət açacaq, nəsib olarsa XI əsrdən günümüzə qədər olan hissəsini II və III cildlərimizdə tərtib edib yazacağıq. Hələlik Gürcüstanın İslam tarixini miladi tarixi ilə VII əsrin ortalarından XІ əsrin sonuna kimi olan bir dövrü incələməklə siz oxucuların diqqətinə bu monoqrafiyanı təqdim edirik.


Monqolların hücumuna kimi Qafqazda ərəb İslami dövrünün tarixi

Hicri təqvimiylə Miladi təqvimiylə Siyasi hakimiyyət
“Fil ili”ndən 40 il sonraya kimi 571-609 Peyğəmbərin (s) dünyaya gəlişindən peyğəmbər təyin edilməsinə kimi olan dövr
Hicrətdən 13 il öncə 609-622 Peyğəmbər (s) olaraq Məkkədən Mədinəyə hicrət edənə kimi
Hicri 1-10 622-632 Peyğəmbərin (ə) Mədinə hakimiyyəti
11-35 632-656 Üç xəlifənin xilafət dövrü
35-40 656-661 İmam Əlinin (ə) 5 illik xəlifəliyi
40-63 661-683 Müaviyənin 20, Yezidinsə 3 illik xəlifəlik dövrü (Əməvilərin Süfyan nəslindən olan qolu)
61-ci il 680 Aşura hadisəsi
64-132 684-749 Mərvanilərin xilafəti (Əməvilərin Mərvan nəslindən olan qolu)
132-656 750-1258 Abbasilərin xilafəti

Ərəb tarixçilərinin verdiyi məlumata əsasən İslamın ərəb dövründə Qafqaz və Gürcüstanda baş vermiş mühüm tarixi hadisələr barədə

Baş verdiyi tarix Hadisə
Müaviyənin xilafət dövrü.
h.q 40–60 Ermənistanda üsyan və bu üsyanın Qafqaz əhalisinin köməyi ilə yatırılması
Xəzər xaqanının Gürcüstan və Azərbaycana hücumu və Cərrah ibn Abdullah
h.q. 121 Həkəminin və ondan sonra Mərvan ibn Məhəmməd Himar Əməvinin onlarla mübarizə aparması

Gördüyünüz kimi, Gürcüstan bu illər ərzində Ermənistanla müqa-yisədə daha sakit dövr keçirib. Ermənistan və xristian mədəniyyətinin hakim olduğu Qərbi Gürcüstandan fərqli olaraq Şərqi Gürcüstan sakinlərinin çoxu mühacir, ya da yerli müsəlmanlardan ibarət sərhəd vilayətlərindən olub. Tiflis şəhəri həmin illər ərzində regionun müsəlman şəhəri kimi tanınıb.

Mənbə: Hacı Rasimin Gürcüstanda İslam tarixi kitabından 1-ci cild

23/04/2018

Gürcüstan əhalisinin sayı 2016-cı ildəki rəsmi statistik məlumata görə təxminən 3,7 milyon nəfərdir. Onların 80 faizindən çoxu gürcü mənşəlidir və gürcü dilində danışır.

Gürcüstanda digər milli azlıqlara və etnik qruplara – azərbaycanlılar, ermənilər, ruslar, abxazlar, yunanlar və osetinlər aiddir. Acarıstanda və ölkənin digər regionlarında yaşayan acarların bir qismi və digər gürcü mənşəli xalqlar, eləcə də ruslar və ermənilər əsasən xristian dininə qulluq edir, azərbaycanlılar, acarlar (bunlara müsəlman gürcülər də deyilir), kistinlər, çeçenlər, məshəti türkləri və digər kiçik milli azlıqlar isə əsasən İslam dininə ibadət edirlər.
Bəzi statistik göstəricilərdə əhali sayı üzərindən müsəlmanların sayının 13% olması göstərilmişdir. Düşünürük ki, bu kimi rəqəmlər həqiqəti əks etdirmir. Digər məlumatlar müsəlmanların sayının bundan daha artıq oldugunu təsdiqləyir.

Əlbəttə, bizim məqsədimiz bu kitabda Gürcüstan müsəlman¬larını qətiyyən sayı etibarı ilə tərtibləmək, ya da dini məzhəbçilik yönündə qruplaşdırmaq deyil, araşdırmamızın qayəsi Gürcüstan-da islam tarixinə nəzər salmaq, bu tarixdəki mühüm şəxsiyyətlərin kimliyini, elmi-dini fəaliyyətini tədqiq etməkdir.

Mənbə: Haci Rasimin Gürcüstanda İslam Tarixi kitabından 1-ci cild

22/04/2018

İslamın yaranmasından sonra onun yayılma istiqamətləri

İslamın Qafqaz və Gürcüstana gəlişi barədə müfəssəl məlumat verməzdən öncə həmin tarixi situasiyaya və mövcud duruma qısa da olsa nəzər salmaq lazımdır. Çünki İslamın Qafqaz bölgəsinə nə vaxt daxil olduğunu bilməyincə müsəlmanların, bu tarixi bölgənin keçmişi barədə düzgün fikir yürütmək olmaz. Hesab edirəm ki, İslamın Gürcüstana daxilolma tarixinin İslamın yaranma tarixinə yaxın olmasından çoxlarımızın xəbəri belə yoxdur.
İslam Gürcüstana hicrətin I əsrinin üçüncü onilliyində daxil olub (təqribən miladi 640-650-ci illəri əhatə edir). İslamın Gürcüstana daxilolma prosesi və onun nəticələri hicrətin ilk əsrlərində baş verdiyi üçün bu ölkədəki İslam tarixini araşdırmaq da kifayət qədər mürəkkəbdir.
Son ilahi peyğəmbər olan həzrət Məhəmməd (s) miladi təqvimi ilə 570-ci ildə Məkkədə dünyaya gəlib və 609-cu ildə 40 yaşında Allah tərəfindən peyğəmbər seçilib. O, peyğəmbər (s) seçiləndən sonra 23 il müddətində son İlahi din olaraq İslam dininin təməlini qoyub. Həzrət Peyğəmbər (s) 13 il Məkkədə insanları İslama dəvət edib və sonra Yəsrib əhalisini İslama dəvət etmək üçün ora köçüb. Həzrət Peyğəmbər (s) ora köçəndən sonra Yəsrib “Mədinətun-nəbiyy” adlandırılıb. Bir müddət sonra isə sadəcə “Mədinə” adı ilə məşhurlaşıb. İslam Peyğəmbəri (s) Mədinədə ilk İslam dövlətini qurub və İslamı Ərəbistan yarımadasına oradan yayıb.
Hicrətin altıncı ilində İslamın digər bölgələrdə yayılması isti-qamətində səylər göstərilməsinə başlanılıb. Belə ki, həmin il həzrət Peyğəmbər (s) Ərəbistan yarımadasının İran, Şərqi Roma imperatorluğu, Misir və Həbəşistan kimi qonşu ölkələrə məktub yazaraq onları İslama dəvət edib. Ondan sonra hicrətin onuncu ilində İslamın yayılması istiqamətində əməli səylər göstərilməsinə başlanılıb. Həmin ilin Ramazan ayında həzrət Peyğəmbər (s) İmam Əlini (ə) İslamı təbliğ etmək üçün bir dəstə ilə Yəmənin cənub bölgələrinə göndərib. Yəmənin müsəlman olmasının və yəmənlilərin Əhli-beytə (ə) məhəbbətinə səbəb hicrətin onuncu ilinin sonunda İmam Əlinin (ə) Yəmənə olan üç aylıq səfəridir.
İslami fəthlər həzrət Peyğəmbərin (s) vəfatından – hicri təqvimi ilə on birinci, miladi təqvimi ilə 632-ci il – sonrakı illərdə də davam edib. Hicrətin (hicri-qəməri təqvimlə, bundan sonra h.q) 14-cü ilində (miladi ilə 635-ci ildə) Şam və Fələstin torpaqları fəth ediləndən sonra İranın fəthinə başlanılıb və nəhayət, h.q 21-22-ci (643-cü) ildə fəthlərin əhatə dairəsi genişlənərək Azərbaycana da çatıb. Azərbaycan və onun qonşuluğundakı bölgələrin çoxu İslam coğrafiyasına sülhlə daxil olub. Yazılanlara görə, həmin vaxt Azərbaycanın baş muhafizi, kordonu məşhur Fərruxzad xanə-danından olan Bəhram ibn Fərruxzad olub. Bir neçə döyüşdən sonra sərhəd qüvvələri müsəlmanlara məğlub olublar. Lakin müsəlmanların əlində əsir olan İsfəndiyar adlı yerli ağsaqqallardan birinin vasitəçiliyi ilə tərəflər arasında sülh müqaviləsi imzalanıb. Həmin sülh müqaviləsinin bəndlərindən birinə görə, qalib tərəfə yüz min dirhəm verilməli, bunun müqabilində onlar yerli sakinləri öldürməkdən, qarət etməkdən və əsir götürməkdən çəkinməli idilər. Azərbaycandan sonra fəth növbəsi Qafqazın şimal bölgələrinə çatıb .

Mənbə: Hacı Rasimin Gürcüstanda İslam Tarixi kitabından 1-ci cild

17/04/2018

Gürcüstanın siyasi tarixi

Gürcüstanda qədim zamanlardan və gürcü tayfaları məskunlaşandan bəri burada müstəqil monarxiyalar öz hakimiyyətlərini bərqərar edə biliblər. Gürcüstan kiçik ərazi vahidinə malik olmasına baxmayaraq, beynəlxalq strateji əhəmiyyətli coğrafi bölgədə yerləşir. Buna görə də özünün enişli-yoxuşlu tarixi boyunca əksər dövrlərdə onun siyasi coğrafiyası ilə fiziki coğrafiyası arasında uyuşmazlıq yaranıb. Bu uyğunsuzluğa Gürcüstanda mərkəzi hökumətin zəifliyi, onun feodal idarəetmə sisteminə çevrilməsi və Gürcüstanın qonşuluğunda güclü dövlətlərin qurulması səbəb olmuşdu. Bu da ölkədə hakimiyyət boşluğunun yaranmasına bağlı idi.
Aşağıda Gürcüstanda yaranmış yerli hökumətlərin və ona hakim olmuş imperiyaların, regional güclərin iki min illik dövrdəki tarixi xronikasını təqdim edirik:


Gürcüstanın siyasi tarixində baş vermiş olaylar
(miladi təqvimlə)

B.e.ə III-IV əsrlərdə İberiya krallığı Ermənistan uğrundakı İran–Roma müharibələrinin nəticəsinə görə İranın Əşkani hökmdarlığının və Roma imperatorluğunun təsir dairəsinə düşüb.
Bizim eranın 335-575-ci illərində Qafqaz regionu xristianlaşıb. İberiya krallığı xristian Bizans imperiyasının nüfuz dairəsinə düşüb. Sasani imperiyası və xristian Şərqi Roma imperatorluğu İberiyanı ayrı-ayrı zamanlarda öz himayəsi altında saxlaya bilib.
VI əsrdən (575-ci ildən) VII əsrə (646-cı ilə) kimi Kartli çarlığı Sasani imperiyasının nüfuz dairəsinə bağlı olub.
VII əsr (miladi 646. Hicri-qəməri 25-ci il.) Kartli çarlığında müsəlman ərəblərin hakimiyyətinin təzahür etməsi... Osmanın xilafəti (10 il), İmam Əlinin (ə) xilafəti (5 il), Əməvi xilafəti (90 il), Abbasi xilafəti (4 əsr). Bununla belə, Bizans imperiyasi və Xəzər xaqanlığı ilə münasibətlərdə olması da bu dövrə təsadüf edir.

X əsrdə Böyük Səlcuq imperiyasının nəzarətində olan Gürcüstan krallığı Abxaziya knyazlığı (810) və Tao-Klarceti knyazlığına bölünmüşdür.
XI əsrdə Gürcüstan krallığına qarşı Səlcuq Atabəylərinin və Bizansın hərbi yürüşləri olmuşdur.
XIII əsrdə monqolların hücumları sayəsində xərac verən yerli knyazlıqlar parçalanaraq monqolların əsarətinə düşmüşdür.
XV əsrdə Teymurləngin hücumları Gürcüstanı yenidən Teymurilərlə Osmanlı imperiyasıının işğalına məruz qoymuşdur.

XVI-XVII əsrlərdə yerli İmereti, Kartli və Kaxeti hakimləri İranın Səfəvi hakimiyyətinə tabe olmaqla Səfəvilərin, Osmanlı imperiyasının və çar Rusiyasının maraq dairəsindən yayına bilməmişdir.
XVIII əsr Gürcüstan Əfşarların, Qacarların və çar Rusiyasının hücumlarına məruz qalmışdır.
XIX əsrin əvvəllərindən başlayaraq Gürcüstan dövlətinin, yəni Kartli-Kaxeti çarlığının Rusiya tərəfindən ilhaqı və işğalı başla¬mışdır.
XX əsrin əvvəlində 1918-1921-ci illərdə Gürcüstan müstəqilliyini əldə etsə də, yenidən sovet-bolşevik hökümətinin hücumuna məruz qalaraq müstəqilliyini itirmiş və SSRİ-nin tərkibinə qatılmışdır.
XX əsrin sonunda – 1991-cı ildə müstəqil Gürcüstan Respublikası elan olunmuş və BMT-nin tamhüquqlu üzvünə çevrilmişdir.

İslamın hakim olduğu dövrdən başlayaraq müsəlmanların yürütdüyü dinc siyasət nəticəsində Gürcüstanda həmişə yarımmüstəqil yerli hakimlər olmuşdu. Lakin XI-XIII əsrlərdə tam iki əsr Gürcüstan krallığı müstəqil daxili və xarici siyasət yürütməyə nail ola bilmişdi.

Gürcüstanda yaranmış bu siyasi səhnə həmin dövrdə Fələstindəki xristian hakimlərdən üstün cəhətləri ilə seçilmişdir. Yerli hakimlərin Gürcüstan və digər qonşu ölkə müsəlmanlarına qarşı sülh və barışıq siyasəti tarixdə təqdirəlayiq hal olaraq yadda qalmışdır.

Gürcüstanın siyasi tarixindəki maraqlı məqamlardan biri də budur ki, qonşu müsəlman dininin təəssübkeşi olan imperiyalar min il ərzində (hansısa bölgədə baş qaldırmış üsyanın yatırılması və ya regional rəqib qüvvələrin dəf edilməsi üçün) Gürcüstana dəfələrlə qoşun yeritsələr də heç vaxt yerli hakimiyyəti məhv etməyiblər.

Mənbə: Hacı Rasimin Gürcüstanda İslam tarixi kitabından 1-ci cild

Address

Gürcüstan
Kurzu

Telephone

+995557618681

Website

Alerts

Be the first to know and let us send you an email when Gürcüstan Əhlibeytsevərlər Forumu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share